Gününüz mübarək, əziz məzunlar

14 iyun. Bu gün Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəb də "Son zəng” tədbiri keçirilir. Bu gün 73 şagird məktəbə əlvida deyib, yeni həyata doğru yol alır.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və əziz Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.

Məktəbin akt zalında keçirilən tədbirə çox sayda insan gəlmişdi. Şagirdlərin sevincinə, valideynlərin həyəcanına, müəllimlərin uğuruna şərik olmaq üçün məktəbimizə qonaqlar təşrif buyurmuşdurlar. Bakı Şəhəri Təhsil İdarəsinin hüquq, kargüzarlıq və vətəndaşlarla iş sektorunun aparıcı məsləhətçisi Turhan Quliyev, Nəsimi rayon Bələdiyyəsinin sədri Əziz Zeynalov çıxış edərək şagirdləri təbrik etdi və gələcək həyat yollarında uğurlar arzuladılar. Ardınca isə birincilər rəqs nömrəsi ilə çıxış edərək 11-ciləri təbrik etdilər. Növbə simvolik açarın təqdim edilməsinə çatanda isə məktəbin qəbul imtahanında ən yüksək nəticəni göstərən şagirdi Mədinə Əlizadə açarı 9-cu sinfi fərqlənmə attestatı ilə bitirən 10-cu sinif şagirdi Əbil Rzayevə təhvil verdi.

Daha sonra aparıcılar Abgül Balayev və Sünbül Rəhimzadə sözü 11-cilərə verdilər.

11A, 11C, 11Ç sinif şagirdləri bu günü unudulmaz etmək üçün çıxışlar və rəqs nömrələri hazırlamışdırlar. Hər bir sinif başda məktəbin direktoru Sevinc Budaqova olmaqla fənn müəllimlərini, ibtidai sinif müəllimlərini, sinif rəhbərlərini yad edərək onlara xoş sözlərini, təşəkkürlərini bildirərək gül buketləri hədiyyə etdilər.

Bütün çıxışlardan sonra sonda səhnəyə çıxan Sevinc xanım bütün məzunları ürəkdən təbrik etdi, onlara imtahanlarında göstərdikləri yüksək nəticələlrə görə təşəkkürünü bildirdi. Həmçinin bu ilki qəbul nəticələrindən də söz açan Sevinc xanım 4 şagirdin məktəbi fərqlənmə attestatı ilə bitirdiyini də vurğuladı. Qonaqlara, valideynlərə, müəllimlərə və tədbirdə iştirak edən hər kəsə dərin təşəkkürünü bildirərərk hər kəslə xatirə şəkilləri çəkdirdi. Son olaraq isə 11-cilərin çiyninə çıxan 1-cilər son dəfə simvolik zəngi çalaraq tədbiri yekunlaşdırdılar.

Hər bir məzunumuzu bir daha təbrik edir və gələcək həyatlarında uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi