Hər zaman qəlbimizdədir şəhidlər!

Şəhidlik zirvəsini fəth edənlərin 27-ci ildönümünü qeyd etdik. Bununla əlaqədar təşkil olunmuş tədbirdə ibtidai və yuxarı sinif şagirdləri, valideynlər, müəllimlər, məktəbin rəhbərliyi iştirak etdi. Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş olundu. Şagirdlərimiz şəhidlərimiz haqqında şeirlər və mahnılar səsləndirdi. Eyni zamanda tədbirdə 20 Yanvar faciəsini əks etdirən bədii kompozisiya təqdim olundu. Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova və təlim-tərbiyə işləri üzrə direktor müavini İlyas Məmmədov çıxış etdi. Onu da qeyd etmək istərdik ki, məktəbimiz 20 Yanvar faciəsində şəhid olan Ağabəy Novruzbəylinin adını daşıyır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi