Unudulmaz şəxsiyyət Heydər Əliyevin 100 illiyi və Müstəqillik Günü münasibəti ilə möhtəşəm tədbir proqramı keçirildi

Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət olub. Çünki müstəqil olmayan bir xalq və millət daima var ola bilməz. Milli müstəqilliyini əldən vermiş millətlər zaman-zaman başqa xalqların və millətlərin içində assimilyasiyaya uğrayaraq tarixində arxivlərində qalırlar. Hər xalqın, millətin milli və dövlət müstəqilliyinin əldə edilməsində mühüm tarixi missiyaya malik olan dahi şəxsiyyətləri var. Öz xalqlarına milli müstəqillik nemətini daddıra bilən həmin dahilər heç zaman unudulmur. Ulu öndər Heydər Əliyev kimi!

Dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlərimizdən növbəti biri isə məktəbin akt zalında keçirildi. Musiqi müəllimi Kəmalə Qədimova və tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva başda olmaqla ibtidai sinif müəllimləri Ofeliya Xasayeva və Nuridə Xanmirzəyevanın təşkilatçılığı ilə unudulmaz xadim Heydər Əliyevin 100 illik yubileyi şərəfinə möhtəşəm tədbir keçirildi.

7-ci sinif şagirdlərindən Əli Balayev və Leyla Mənsimlinın aparıcılığı ilə başlayan tədbirdə ilk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Ardınca 1Ç və 4C sinif şagirdlərinin ifalarında Heydər Əliyevə həsr olunmuş musiqilər səsləndirildi. Xorda çıxış edən şagirdlərdən bir neçəsi isə ölməz şəxsiyyət Heydər Əliyevin şərəfinə yazılmış şeirlər söylədilər. 6C sinif şagirdi Bəhəmən Rzayev Sinay Məmmədli və Məryəm Musayevanın rəqs müşayiəti ilə Heydər Əliyevin ən çox sevdiyi Küçələrə su səpmişəm mahnısını solo ifa edərək tədbiri davam etdirdi. Heydər Əliyevin müdrik kəlamlarını isə 6Ç sinif şagirdləri Eyyubova Aidə və Eyyubova Dilarə tərəfindən dinlədik.

Tədbirin sonlarına yaxın məktəbin valideyni çıxış edərək məktəbin ünvanına xoş fikirlərini səsləndiri. Son olaraq direktor Sevinc Budaqova çıxışına həmişə olduğu kimi Şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra uşaqların çıxışlarından heyranlıq duyduğunu və əməyi keçən hər kəsə dərin minnətdar olduğunu vurğuladı. Həmçinin təlim tərbiyə işləri üzrə direktor müavini Lalə Ələkbərova da Sevinc xanımın fikirlərinə qoşularaq şagirlərə, müəllimlərə, valideynlərə dərin təşəkkürünü bildirdi. Bununla da tədbirimiz başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi