Asudə vaxtın səmərəli təşkili

Məktəblilərin asudə vaxtının səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Çünki sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan da asılıdır. Şagirdlərin məktəb mühitində əldə etdikləri bilik, bacarıq və vərdişlər qədər dərsdənkənar fəaliyyətləri də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasının bir parçasıdır.

Buna uyğun olaraq riyaziyyat müəllimi Güllü Əhmədova rəhbərlik etdiyi 6Ç sinfi ilə birlikdə asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə Fridoco çanta boyama mərkəzinə ziyarət təşkil etmişdilər. Müxtəlif əl işləri ilə zəngin olan mərkəzdə hər bir şagirdə fərdi şəkildə çantalar verilmiş, şagirdlər öz fantaziyalarını işə salaraq çantaların üzərinə rəsmlər çəkərək boyamışdılar. Sonda çantalar xatirə olaraq şagirdlərə verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi