Heydər Əliyev Azərbaycan xalqı üçün Ümummilli lider, dünya üçün ümumbəşəri dəyərdir

Məktəbimizin yəhudi əsilli şagirdlərin təhsil aldığı bölməsinin müəllim və şagird kollektivi Ulu öndər Heydər Əliyevin 100 illiyi şərəfinə ilk öncə Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Mərkəzə təşkil olunan ekskursiyada tarix müəllimi İradə Qəhrəmanova və coğrafiya müəllimi Fərəh Əliyeva şagirdləri məlumatlandırmaqla yanaşı, həmçinin ulu öndərə məxsus şəxsi əşyalarla şagirdləri tanış etdilər.

Daha sonra xüsusi istedadlı şagirdlərin hazırladıqları rəsmlərdən məktəbin foyesində sərgi təkil olundu. Sərgidəki şəkillərdə Ümummilli lider Heydər Əliyev, Azərbaycanın dövlət xəritəsi, milli simvolları, atributları yuksək səviyyədə işlənərək nümayiş olunmuşdur.

Son olaraq isə Azərbaycan-Gürcü Yəhudi icmasının sədri ravvin Zamir İsayev və digər müəllimlərlə birlikdə şagirdlər müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin heykəlini ziyarət edərək çıxışlar etmiş və heykəlin qarşısına gül dəstələri qoymuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi