Şagirdi cəlb etmək-müəllimin əsas vəzifəsidir!

Nəsimi rayonu 46№li tam orta məktəbin 4C sinif şagirdləri 13.01.2017-ci il tarixində sinifdənxaric oxu zamanı mütaliə etdikləri E.T.Hoffmannın “Fındıqsındıran və siçanlar kralı” əsəri əsasında teatrlaşdırılmış səhnələr hazırlamış və məktəbin konfrans zalında həmin səhnəcikləri nümayiş etdirmişlər. Təqdimatda məktəbin direktoru Sevinc Budaqova, müəllim və şagird kollektivi, valideynlər iştirak edirdilər. Təqdimatın sonunda şagirdlərdən təşkil olunmuş komandalar arasında viktorina keçirildi. Hər bir komanda sinif rəhbərləri tərəfindən rəgbətləndirildi.Sonunda məktəbin direktoru Sevinc xanım çıxış edərək mütaliənin şagirdlərin dünyagörüşünün və nitq mədəniyyətinin inkişafında böyük rolundan danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi