“İnfeksion xəstəliklər” mövzusunda mühazirə.

12 yanvar 2017-ci il tarixində məktəbimizdə valideynlərin təşəbbüsü ilə çox maraqlı tədbir keçirildi. Tədbirdə valideyn-həkim Əhmədova Fatimə “İnfeksion xəstəliklər” mövzusunda çox ətraflı çıxış etdi. Mövzunu əhatə edən, gündəlik həyatda xəstəliklərlə bağlı baş verən hadisələrə aid slaydlar nümayiş etdirildi. Günün tələbinə uyğun qrip xəstəliyi ilə bağlı müzakirələr aparıldı. Şagird və valideynlərin sualları cavablandırıldi.Bu görüşdə 4,5,6,7,8-ci sinif şagirdləri, həmin siniflərin aktiv valideynləri, məktəbin valideyn icmasının sədri və icma üzvləri, Community.az saytının sədri Nigar Əliyeva iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi