Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi yaradıcılığının dünyası” adlı tədbir

27 aprel tarixində məktəbin akt zalında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi yaradıcılığının dünyası” adlı tədbir keçirilmişdir. Tədbir 2C sinif şagirdlərinin hazırladıqları xüsusi kompozisiyalar əsasında qurulmuş və səhnələşdirilmişdir. Tədbirimizə bir neçə dövlət qurumlarından qonaqlar dəvət edilmiş, həmçinin məktəbin pedoqoji və şagird kollektivi yaxından iştirak etmişdir.

Tədbirdə millət vəkili Sadiq Qurbanov, Bakı Şəhər Təhsil İdarəsinin İnkişaf Layihələr Sektorunun müdiri Günay Qurbanova, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Zahid Xəlilov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Bələdiyyəsinin sədri Əziz Zeynalov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev qonaq qismində iştirak edirdilər.

Məktəbə dəvət olunan qonaqlar ilk öncə məktəbin girişində, foyelərdə, mərtəbə arası hissələrdə şagirdlərin əl işləri ilə bəzədilmiş guşələrlə yaxından tanış olaraq 4-cü mərtəbədə yerləşən akt zalına daxil oldular.

Tədbir ilk öncə ulu öndər Heydər Əliyev və vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı və ardınca dövlət himni səsləndirildi.

İlk olaraq tədbiri məktəbin direktoru Sevinc Budaqova açıq elan edərək tədbirdə qonaq qismində əyləşən hər kəsi salamladı. Məktəbin pedoqoji kollektivinin “Heydər Əliyev İli”nə necə xüsusi yanaşmasından, bütün tədbirlərində, nümunəvi dərslərində, konfrans zalında keçirilən dəyirmi masalarda mütləq mövzuda ulu öndərin həyat və yaradıcılıq yoluna toxunmalarından danışdı.

Daha sonra balacalar səhnədə yerlərini aldılar. Şagirdlər “Cəngi”, “Xarı bülbül” rəqslərini nümayiş etdirdilər. Ardınca isə sinif rəhbərləri Tatyana Mustafayeva da səhnəyə çıxaraq ulu öndər Heydər Əliyevə həsr olunmuş çıxışını etdi. Çıxışı bitdikdən sonra yenə səhnəni şagirdlərə verərək onlara məharətlərini göstərmələri üçün şərait yaratdı.

Şagirdlər Nizami Gəncəvinin “Yeddi gözəl” pomenasını, Nizami Gəncəvinin Gəncə bazarına gəliş səhnəsini, Şah Bəhramın çıxışını səhnəciklər vasitəsi ilə nümayiş etdirdilər. Böyük ustalıqla çıxış edən şagirdlər hamı tərəfindən dərin minnətlə alqışlandılar.

Qonaqlardan millət vəkili Sadiq Qurbanov ulu öndər Heydər Əliyevlə bağlı çıxış edərək təəsüratlarını hər kəslə bölüşdü. Bu gözəl tədbir üçün isə tədbirdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş şerilərin səsləndirilməsi ilə yekunlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi