12 aprel Beynəlxalq Kosmonavtika günü

 

 1961-ci il aprelin 12-də sovet vətəndaşı Yuri Qaqarin “Vostok” kosmik gəmisində Yer kürəsinin ətrafında orbital uçuş həyata keçirərək kosmik uçuş dövrünün əsasını qoydu. Cəmi 108 dəqiqə davam edən bu uçuş kosmosun tədqiqinin və mənimsənilməsinin başlanğıcı oldu.  Və bununlada 12 aprel 1962-ci ildən Beynəlxalq Kosmonavtika günü elan olundu. Bu bayram əvvəllər ancaq SSRİ-də keçirilirdi. Amma artıq belə deyil. Belə ki, BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında yekdilliklə qəbul edilən qətnaməyə əsasən 12 Aprel Beynəxalq Kosmosa Uçuş Günü (Space Probe Day) kimi bütün dünyada qeyd olunur.

Kosmonavtika günü ilə əlaqədar olaraq fizika müəllimi Solmaz Ulubəyova tərəfindən fizika otağında 9A sinif şagirdləri ilə tədbir təşkil edilmiş, şagirdlərin hazırladıqları slayd və videoçarxlar nümayiş olunmuşdur.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi