Gənclər və İdman Nazirliyi “Sağlam həyat” günlərinə start verib.

6 Aprel - İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günüdür. Bu münasibətlə Gənclər və İdman Nazirliyi “Sağlam həyat” günlərinə start verib. Tədbir aprelin 6-dan 10-dək, hər gün saat 10-dan 18-dək davam edir. İştirakçılar 14 yaş qrupunda, iki müxtəlif məkanda – Qış Parkında və Böyükşor Bulvarında quraşdırılan xüsusi zonalarda özlərini sınayırlar.

Əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği olan “Sağlam həyat” günlərində qaçış, yerindən uzunluğa tullanma, ağırlıqqaldırma, turnik, top atma, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press") üzrə müvafiq normativləri yerinə yetirənlərə “qızıl“, “gümüş“ və “bürünc“ stikeri olan sertifikatlar təqdim olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi