Aprel döyüşləri tariximizin şanlı səhifəsidir

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.

Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Məktəbimizin 5A, 6A, 7B sinif şagirdləri Aprel döyüşlərinə həsr edilmiş tədbir proqramı ilə çıxış etdilər. Konfrans zalında dəyirmi masa ətrafında keçirilən tədbirdə şagirdlər mövzu ilə bağlı fikirlərini bildirdi, hazırladıqları təqdimatları nümayiş etdirdi, müəllimlərin çıxışlarını dinlədilər. Ordumuzun qəhrəmanlığını, şücaətini şagirdlər və müəllimlər öz çıxışlarında vurğulayaraq bir daha o günləri yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi