31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş Soyqırım-“Tarixin qanlı səhifəsi” adlı tədbir keçirilib

31 mart tarixində Respublika Uşaq Kitabxanası və 46 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı çərçivəsində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş açıq dərs keçirilib. Dərs Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Ulu Öndər Heydər Əliyev 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.

İlk olaraq kitabxananın elmi işlər üzrə dekan müavini Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması, XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən danışaraq şagirdləri məlumatlandırıb. Daha sonra 46 nömrəli məktəbin tarix müəllimi Yeganə Ağayeva bu gün soyqırımla bağlı Respublika Uşaq Kitabxanasında təşkil edilən açıq dərsdə qeyd etdi ki, ermənilər soyqırım siyasətini tək insan reurslarını məhv etmək üzərində həyata keçirmir, törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu. Erməni-daşnak faşıstləri ilkin olaraq açıq şəkildə 1905-1907-ci illərdə Azərbaycan türklərinin qətliamına fərman verdilər. 2-ci mərhələdə 1918-1920-ci illərdə daha amansız çəkildə davam etdirərək Oğuz yurdunu – Qərbi Azərbaycanı qəsb etdilər. Şagirdlər “Soyqırım. Tariximizin qanlı səhifəsi” adlı Azərbaycan və xarici dillərdə olan kitablar, şəkillər, qəzet və jurnal materiallarından ibarət geniş sərgi ilə tanış olub.

Tədbirin keçirilməsində məqsəd gənc nəsilə vətənpərvərlik hisslərini aşılamaq, onlara ermənilərin törətdiyi vəhşiliklər haqqında məlumat vermək, nəsildən-nəslə ötürülərək yaddaşlarda yaşatmaqdan ibarətdir.

Aşıq dərsin sonunda soyqırım qurbanlarına həsr olunmuş videoçarx nümayiş təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi