“Heydər Əliyev İli”

Bakı Şəhəri üzrə Təhsil ldarəsininin 16.01.2023-ci il tarixli 3-29-59/3-2-03 F- N-li əmrinə əsasən məktəbimizdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı 

“Heydər Əliyev İli” çərçivəsində konfrans zalında tədbir keçirildi. 1A və 7A sinif şagirdlərinin iştirakı ilə təşkil olunan tədbirdə şagirdlər şeirlər səsləndirdi, rəqslər etdi və təqdimatlar nümayiş etdirdilər. 4C sinif şagirdi Xədicə Əhədzadə isə dərin intonasiya ilə ulu öndərə aid şeirini səsləndirdi. Daha sonra Ulu öndərə həsr olunmuş videomateriallar, slaydlar göstərilərək Heydər Əliyevin fəaliyyət dönəmindən sonra dünyaya göz açan şagirdlərin valideynlərindən eşitdikləri xatirələri yeniləndi. Məktəbin direktoru Sevinc Budaqova isə öz növbəsində Heydər Əliyev irsinə dərin  hörmət bəsləyən bir tarixçi olaraq Heydər Əliyevin Azərbaycan tarixində, azərbaycanlıların həyat yolunda qoyduğu unudulmaz izlərdən kövrələrək danışdı və bildikləri gərçəkləri şagirdlərlə də bölüşdü. Sonda bütün şagirdlərə təşəkkürünü bildirərək onlarlar xatirə şəkilləri çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi