Məktəblilərarası I fənn müsabiqəsinin qalibləri

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” istedadlı uşaqların müəyyən edilməsi və onların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirir. İstedadlı uşaqların aşkara çıxarılmasında isə olimpiadalar və fənn müsabiqələri müstəsna əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq, Respublika fənn olimpiadalarının final mərhələsi Təhsil Nazirliyinin xüsusi nəzarəti altında şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilib. Eyni zamanda nəticələr ciddi təhlil edilib və araşdırılıb.2015-ci ildə fəaliyyətinin əsas istiqamətlərindən biri olan istedadlı şagirdlərlə işin düzgün qurulması və bunun üçün şagirdlərin biliklərinin artırılmasında müsabiqələrin, olimpiadaların keçirilməsinin böyük əhəmiyyəti olduğunu, məktəblərin, müsabiqələrin istedadlı şagirdləri aşağı siniflərdə müəyyənləşdirməyə kömək etdiyini qeyd edək. Eyni zamanda bilik yarışları şagirdlərin beynəlxalq səviyyədə keçirilən olimpiadalarda yüksək səviyyədə iştirakına zəmin yaradır.Bütün bü səbəblərə görə bu il yaradıcı və lazımlı bir ənənənin başlanğıcı quruldu – məktəblərarası fənn müsabiqəsi layihəsi həyata keçirilib. Bu müsabiqədə riyaziyyat və təbiət elmləri (kimya, biologiya, fizika) olmaqla, iki istiqamətdə aparılıb. Məktəblər müsabiqədə riyaziyyat fənni üzrə VI, VII və VIII, təbiət elmləri üzrə isə VII, VIII və IX siniflərin hər birindən 3 nəfər olmaqla, 9 nəfərlik komandalarla təmsil olunub. Üç mərhələdə aparılan bilik yarışında 600-ə yaxın şagird iştirak edib.Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması, onlara bilik və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması, məktəblilər arasında sağlam rəqabət hissinin formalaşdırılması və istedadlı şagirdlərin üzə çıxarılmasıdır.Müsabiqədə qalib olanlar fərdi qaydada riyaziyyat, kimya, fizika və biologiya fənləri üzrə I, II və III yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub. Hər fənn üzrə ilk onluqda olan şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb. Komanda hesabında riyaziyyat və təbiət elmləri üzrə I, II və III yeri tutan ümumi təhsil müəssisələrinə kubok verilib.Bu müsabiqədə uğur qazanan şagirdlərin sayına, layiq olduğu yerə görə iki məktəb seçilir. Biz də bu iki qalib məktəbin məktəblərarası fənn müsabiqəsi haqqında təəssuratlarını, fikirlərini öyrənməyə çalışdıq. 220 nömrəli məktəb-liseyin məktəblərarası fənn müsabiqəsində iştirakı haqqında təəssüratlarıUğurlu başlanğıc…Məktəbin direktoru Almaz xanım fikirlərini belə ifadə edir: “Azərbaycan təhsilində ilk dəfə keçirilən fənn müsabiqəsi son dövrün ən uğurlu addımlarından və yeniliklərindən biri idi. Bu müsabiqə parlaq bir işıq idi. Bu işığın şəfəqi bütövlükdə elə bir təsir yaratdı ki, məktəb,müəllim və şagird üçlüyü gərgin və inamlı addımlarla fəaliyyətə başladılar. Qələbəyə doğru gedən bir fəaliyyətə. Hamı başa düşdü ki, fəaliyyət və aktivlik dövrü gəlib. Bir an belə ləngimək olmaz. Burada mütləq düzgün, ədalətli seçim, şəffaflıq və inam lazım idi; özünə inam, qələbəyə inam. Seçim çox şaxəli və çox mərhələli oldu. Sınaq meydanında məktəb, müəllim, illərlə damcı-damcı toplanmış zəhmətlərin bəhrəsi dururdu. Biz var olduğumuzu, heç zaman geri çəkilmədiyimizi, heç bir güzəştə getmədən daim öhdəmizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışdığımızı sübut etməliydik. Bizə bu imkan üçün şərait yaradılmışdı və bizim düzgün təşkilatçılıq bacarığımız bizi qələbəyə aparmalıydı. Riyaziyyat və təbiət fənn sahələri üzrə seçilmiş 18 nəfər şagird müsabiqəyə qələbə əzmi ilə qatıldılar. Bu müsabiqə bizə özümüzə inamı qaytardı. Bu gün biz yeni qələbələr ümidi və arzusu ilə yaşayırıq. Çünki təhsil və tərbiyə verərək bilik və bacarıqlarımızı ötürdüklərimizin bizə yeni uğurlar gətirəcəyinə inanırıq.Belə müsabiqələr məktəbə, müəllimə, şagirdə və valideynə özünə inamı artırmaq, fəaliyyətinin nəyə layiq olduğunu bilmək və təhsilimizin səviyyəsini öyrənmək üçün lazımlıdır.” 6,7,8 və 9-cu siniflərdən aparılan seçimlər, müəllimlərin gərgin, məsuliyyətli səmərəli kollektiv işi mərhələdən mərhələyə məktəb kollektivində və məktəblilərdə özünə inam yaradıb.Müsabiqənin çətin, rəqiblərinin güçlü olacağını təxmin edən müəllimlər və müsabiqədə iştirak edəcək şagirdlər öncə tərəddüdlü olublar. Sonra birinci mərhələnin nəticələri göstərib ki, şagirdlər digər məktəblər üçün əsl rəqibdirlər və onlara qalib gəlmək elə də asan deyil. Onlar bu qalibiyyəti əzmlə qoruyub saxlayıblar, məktəbin, müəllimlərinin inamını şərəflə doğruldublar.Müxtəlif fənlər üzrə I yerə layiq görülən Ağazadə Murad, Səlimov Kamal, Səlimova Nigar bu müsabiqədə onlara dəstək olan müəllimlərinə təşəkkür etdilər. Həmçinin, müsabiqədə qalib olmuş şagirdlərə təbriklərini çatdırdılar.220 nömrəli məktəb 30 məktəb içərisində riyaziyyat fənni üzrə II yer, təbiət fənləri üzrə VI yer tutub. Amma məktəb kollektivi bu qələbənin tarix olduğunu, dünəndə qaldığını deyərək bundan sonrakı müsabiqələrdə tək hədəflərinin I yer olduğunu qeyd etdilər.Eyni zamanda, 220 saylı məktəb-liseyin müəllim və valideynləri adından Azərbaycan Respublikası Təhsil Nazirliyinə bu müsabiqənin təşkili üçün təşəkkür etdilər və təhsilimizə uğurlar arzuladılar. Bu yolda yorulmadan çalışacaqlarını vurğuladılar. 287 nömrəli ”Zəkalar” liseyinin məktəblərarası fənn müsabiqəsində iştirakı haqqında təəssüratlarıQalibiyyət yolunda...287 nömrəli ”Zəkalar” liseyinin direktoru Aygün müəllimə deyir ki, müsabiqəyə xüsusi maraq və məsuliyyətlə hazırlaşıblar, yarışda iştirak edəcək şagirdlər rəhbərlik və fənn müəllimlərinin iştirakı ilə ümumi fikrə əsasən seçiblər. Müsabiqədə iştirak edəcək şagirdlər müəyyənləşdikdən sonra sanki bir marafona başladıqlarını deyən direktor müəllimlərin şagirdlərlə xüsusi proqramlarla hazırlaşdığını qeyd etdi.“15 Yanvar...Həyəcanlı,sevinc dolu baxışlar səhnədə idi. Təltif olunduqları mükafatla sanki günəşdən bir qığılcım qoparmış, öz aləmlərində bir od yaratmışdılar. Onlara fərdi yanaşdıqca özləri qədər fikirləri, düşüncələri, bilikləri, yaradıcı təxəyyülləri, məntiqi təfəkkürləri daha da inkişaf edir, özlərini uşaq dünyasında gələcəyin böyük şəxsiyyəti kimi qiymətləndirirdilər” – deyə məktəb direktoru qeyd edir.Müəllimin istedadlı uşaqlarla işi mürəkkəb və heç vaxt bitməyən prosesdir, çünki onlar orta təhsil çərçivəsində bütün biliyi mükəmməl qavramaqla bərabər, maraqları olan sahədən də yeni fikir, ideya toplamağa can atırlar, müəllimlərin işi isə onlarda həmin istiqamət üzrə yüksək elmi səviyyəni təmin etməkdir. Belə müsabiqə və yarışların keçirilməsi liseyin şagirdlərində rəqabət ruhunun formalaşmasında, özlərini bilik sferasında təqdim etməsində, maraq və meyllərinin differensiallaşmasında böyük rol oynayıb.Nəticədə 287 nömrəli ”Zəkalar” liseyinin şagirdləri həm fərdi, həm də komanda hesabında qaliblər sırasında yer alıblar. Belə ki, VII sinif şagirdi Yusifzadə Aidə Elxan qızı kimya fənni üzrə və VIII sınıf şagidi Ağalı Günel Ənvər qızı fizika fənni üzrə I yerə layiq görülülblər. Liseyi təmsil edən digər şagirdlər isə fənlər üzrə II və III yerləri bölüşüblər. Ümumi komanda hesabına görə Bakı şəhəri Xətai rayonu 287 nömrəli ”Zəkalar” liseyi bütün iştirak edən məktəblər arasında III yerə, Bakı məktəbləri arasında I yerə layiq görülüb, məktəb kubok və təşəkkürnamə ilə mükafatlandırılıb. 287 nömrəli ”Zəkalar” liseyinin kimya müəlliməsi Sədirova Lamiyə deyir ki, müsabiqənin hazırlıq dövründə şagirdlərin gərgin əməyi, o cümlədən , yeni, müxtəlif , fərqli test və suallarla işləmək vərdişlərinin, öz aralarında müzakirə və fikir mübadiləsinin şagirdlərin elmə marağında, təhsilə bağlanmaqlarında böyük rol oynayıb.O, çalışdığı liseyin Bakı şəhəri üzrə I yerə layiq görülməsi və şagirdlərin müsabiqədə yüksək nailiyyətlarinə görə münasibətilə məktəb rəhbərliyini, müəllim kollektivini, şagirdləri və onların valideynlərini təbrik etdi.Məktəb rəhbərliyi müsabiqədə iştirak edən şagirdlər yüksək nəticələrinə görə bir daha liseyin müəllim və şagird kollektivi qarçısında mükafatlandırılıb, əməyi keçən müəllimlər –Məmmədova Ellada Nemət qızı (biologiya) ,Şərifova Vəfa Əli qızı(fizika), Sədirova Lamiyə Cumay qızı (kimya) hədiyyə və fəxri fərmanla təltif ediliblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi