NOVRUZ BAYRAMI

Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.

Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.

Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

Təhsilalanları milli-mənəvi ruhda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədi ilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq məktəbimizdə “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində ədəbi bədii kompozisiyalar, tədbirlər keçirilmişdir. Tədbir aktyorluq bacarığı və səhnə mədəniyyətinə malik istedadlı şagirdlərin iştirakı ilə bir-birindən əyləncəli səhnəciklər, rəqslər və oyunlarla əhatə olunmuşdur. Tədbir 2B sinfinin sinif rəhbəri Afət Əliyeva, musiqi müəllimləri Kəmalə Qədimova, Leyla Cumayevanın təşəbbüsü ilə 2B, 5A, 6C, 7B, 8A sinfinin yaxından iştirakı ilə təşkil olunmuşdur. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Sevinc Budaqova da Novruz bayramının qədimə dayanan tarixindən, adət-ənənələrindən danışaraq şagirdlərin daha dərindən məlumatlanmasına köməklik göstərdi, tədbiri təşkil edən, yaxından iştirak edən hər kəsə minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi