“Dəyərlərimizi qoruyaq!”

Təhsilalanları milli-mənəvi ruhda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədi ilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq məktəbimizdə “Dəyərlərimizi qoruyaq!” layihəsi keçirilib. Layihənin bəndlərini nəzərə alaraq məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunmuş, mənəvi dəyərlərimizi əks etdirən guşələr hazırlanmış, rəsm əsərləri məktəbin koridorlarında, akt zalında nümayiş olunmuşdur.