“Dəyərlərimizi qoruyaq!”

Təhsilalanları milli-mənəvi ruhda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədi ilə “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq məktəbimizdə “Dəyərlərimizi qoruyaq!” layihəsi keçirilib. Layihənin bəndlərini nəzərə alaraq məktəbin 5A, 6B siniflərində Novruz bayramının tarixi, adət-ənənələri haqqında mühazirələr keçirilmiş, məktəblilərin əl işlərindən ibarət sərgilər təşkil olunmuş, həmçinin milli kulinariya barədə məlumatlar verilmişdir. Bunlardan əlavə şagirdlər yumurta boyanış və döyüşdürmüşdülər.