AzDƏMTTETİnin təlimçi qrupu məktəbimizdə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07.12.2022-ci il tarixli 37/36 -12089 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Fövqaladə Hallar nazirliyi sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti dövlət agentliyinin Azərbaycan dövlət əməyin mühafizəsi və təhlükəsizlik texnikası elmi tədqiqat institunun nümayəndələri bu gün məktəbimizin qonağı olmuşdur. Akt zalında 5 və 6-cı sinif şagirdləri ilə görüşən AzDƏMTTETİnin Lada Mehdiyeva-Marketinq üzrə mütəxəssis, Suadə Haciyeva-Elmi katib, Yeganə Rəhimova-Yanğın, partlayış, qaz və təzyiq altında işləyən avadanlıqların təhlükəsizliyi şöbəsinin elmi işçisi, Etibar Yusifli-Radiasiya, sənayedə gigiyena və sanitariya laboratoriyasının müdiri, Aytəkin Nifdiyeva-Radiasiya, sənayedə gigiyena və sanitariya laboratoriyasının kiçik elmi işçisi, Sənan Əsgərov-Radiasiya, sənayedə gigiyena və sanitariya laboratoriyasının texniki,
Zülfü Hüseynov-Elektrotexniki avadanlığın təhlükəsizliyi və süni işıqlandırma laboratoriyasının elmi işçisi, Nəcəf Mayılov-Elektrotexniki avadanlığın təhlükəsizliyi və süni işıqlandırma laboratoriyasının texnikindən ibarət təlimçi qrupu onlara- kibrit və alışqanla oynamağın təhlükəsindən, mənzildə yanğın baş verərsə davranış qaydalarından, yanğınsöndürənlərin işini asanlaşdırmaq üçün nələr etməli olduğundan, yanğın zamanı hansı nömrə ilə əlaqə saxlamalı olduqlarından, üst geyimi yanarsa necə söndürülə bildiyindən, elektrik cihazlarından düzgün istifadə qaydalarından, ilk yardımın necə həyata keçirilməsi məsələlərindən, liftdən düzgün istifadəsi qaydalarından maarifləndirici təlimlər keçmiş, slaydlar və əyani vəsaitlərlə nümayiş etdirmişlər. Sonda hər bir şagirdi sertifikat və kiçik hədiyyələrlə təltif etmişdirlər.