"Zəlzələ zamanı davranış qaydalarına necə əməl etməli" mövzusunda tədbir

3 mart tarixində məktəbimizin 6A sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Ağayeva zəlzələ ilə bağlı təhlükəsizlik qaydaları haqqında "Zəlzələ zamanı davranış qaydalarına necə əməl etməli" mövzusunda tədbir keçirmiş və şagirdlərə ətraflı məlumat vermişdir. Tədbirdə şagirdlərdən Mirzəyeva Fidan, Əsədli Zəhra, Ellazlı Cahangir, Hümbətli Murad, Bayramlı Əli və Əsədli Qismət həm də Türkiyədə baş vermiş zəlzələyə aid təqdimatlarla çıxış etmişlər. Rəhimzadə Fatimə isə Türkiyədə baş vermiş zəlzələyə aid öz fikirlərini şəkdiyi rəsm əsəridə əks etdirmişdir. Sonda zəlzələdə həlak olanlar bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir-dərsdə məktəbin tərbiyə işləri üzrə direktor müavini iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi