Eldar Muxtarlı ilə masterklas

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 5Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsinə başlanılmışdır. Həftə ərzində qeyd olunan bütün normativləri ardıcıllıqla yerinə yetirən şagirdlərimiz 2 mart tarixində Gənclər və İdman nazirliyi tərəfindən məktəbimizə təşrif buyuran idman ustası Eldar Muxtarlı ilə tanış oldular. Eldar müəllim məktəbimizin gənc idmançı şagirdləri ilə yaxından tanış oldu, idmanla bağlı bildiyi fikirləri şagirdlərlə bölüşdü və onlarla səmimi söhbətlər apardı. Görüşdə həmçinin idman müəllimləri, məktəbimizdə təcrübəyə gələn İdman Akademiyasının şagirdləri, tərbiyə işləri üzrə direktor müavini və uşaq birliyi rəhbəri iştirak edirdi. Uşaqları maraqlandıran sualları cavablandıran idmançı şagirdlərlə master klaslar da nümayiş etdirdi. Bir neşə şagirdimiz isə öz bildikləri fəndləri nümayiş etdirərək alqışlar topladılar. Sonda bütün idmançılar bir yerə toplaşaraq xatirə şəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi