İdman həftəsinə start verilib-3-cü gün

3-cü günün 1-ci bəndinə uyğun olaraq 9C sinfində həm sinif rəhbəri həm də biologiya müəllimi olan Leyla Əsədullayevanın təşəbbüsü ilə sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbiri keçirildi. Leyla xanım bir bioloq olaraq düzgün qidalanmaya hansı formada əməl etməyin, gün ərzində hansı qidaları daha çox qəbul etməyin məqsədəuyğun olduğu haqqında məlumatlar verdi. Bu mövzu haqqında yetərincə biliyə sahib olan şagirdlər isə bildiklərini daha da təkmilləşdirdilər. Leyla xanımın dəvəti ilə tədbirə qoşulan məktəbin həkimi Güləbətin xanım və tibb bacısı Arzu xanım da şagirdlərlə söhbətlər apardı, düzgün qidalanma ilə yanaşı qəbul olunmuş qidaları zərərli vərdişlərə meyl etməyərək pozmamağa çağırış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi