“1 mart – Ümumdünya mülki müdafiə günü”dür

“1 mart – Ümumdünya mülki müdafiə günü” ilə əlaqədar məktəbdə “Mülki müdafiə və ilk yarım” mövzusunda tədbir keçirilib. Tədbir mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində şagirdlərin hazırlığı və maarifləndirilməsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, baş verə biləcək fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə vərdişlərin aşılanması məqsədilə təşkil olunub.

Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Vaqif Abbasov çıxış edərək şagirdlərə Azərbaycanın relyefinə uyğun olan təbii fəlakətlər və məişət zəmnində baş verə biləcək fövqaladə hallar zamanı davranış qaydaları, ilk tibbi yardım qaydaları, özünü müdafiə qaydaları haqqında məlumatlar verdi. Əsas məqsədin şagirdlərin məlumatlandırılması olan tədbirdə havanın çirklənməsi zamanı, zəhərli maddələrin havaya buraxıldığı anda baş verən zəhərlənmə zamanı, müxtəlif radioaktiv maddələrin düzgün istifadə olunmadığı hallarda baş verə biləcək radioaktiv zəhərlənmə zamanı əlehqazlardan düzgün istifadə qaydası, ev şəraitində nəfəs yollarını qaruya bilmə qaydaları haqqında danışaraq şagirdləri malumatlandırdı. Tədbirdə 5B, 8B, 10B sinif şagirdləri, tərbiyə işləri üzrə direktor müavini, uşaq birliyi rəhbəri iştirak edirdi. Sonda şagirdlərə Fövqaladə Hallar Nazirliyi tərəfindən hazırlanan videorolik nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi