İdman həftəsinə start verilib-1-ci gün

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 5Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində 27 fevral – 3 mart 2023-cü il tarixində ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi məqsədəuyğun hesab edilmişdir.
Bu səbəbdən də fevralın 27-dən məktəbimizdə idman həftəsinə start verilib. Bu gün 1-ci günün ilk proqramına uyğun olaraq idman müəllimi Ramin Manaflı tərəfindən səhər gimnastikası keçirildi.