Xocalı soyqrımının 31-ci il dönümüdür

"XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olan Xocalı soyqırımından 31 il ötür.

Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti nəticəsində yüz minlərlə dinc insan kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından didərgin salınmışdır.

Cəzasızlıq mühitindən daha da azğınlaşan erməni silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrində törətmiş olduğu qətliamlardan ən dəhşətlisi Xocalı şəhərində baş vermişdir.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, onların havadarlıq etdiyi erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktı törədilmişdir.

Məktəbimizin şagird və pedoqoji heyəti Xocalı qurbanlarını bir neçə tədbirlə yad ediblər. Onlardan biri konfrans zalında keçirilmiş, bir digəri məktəbin ikinci mərtəbəsində rəsm sərgisi olaraq təşkil olunmuşdur. Konfrans zalında təşkil olunmuş tədbir musiqi müəllimi Kəmalə Qədimovanın təşəbbüsü ilə dərs dediyi 4A, 4C, 5Ç, 8Ç sinfinin şagirdləri ilə həyata keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Şagirdlər mahnılar səsləndirdi, şeirlər söylədi, çıxışlar etdilər.

Məktəbin direktor müavini Lalə Ələkbərova bu dəhşətli gecə, bu faciəvi günlə bağlı şagirdlərə ətraflı məlumat vermiş, Xocalıda şəhid olmuş bacı-qardaşlarımızı unutmamağa və unutdurmamağa çağırış etmişdir.

Allah rəhmət eləsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi