21 fevral bütün dünyada Ana dilinin təntənəsi və bayramı günü kimi qeyd olunur

Ana dili hər bir xalqın, millətin varlığı, kimliyi və ən böyük mənəvi sərvətlərindən biridir. Məhz bu mühüm və əhəmiyyətli amili nəzərə alan nüfuzlu UNESCO təşkilatı 1999-cu ilin noyabr ayında 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması haqqında qərar qəbul etmişdir. Beynəlxalq qurumun bu tarixi qərarından sonra 2000-ci ildən başlayaraq 21 fevral bütün dünyada Ana dilinin təntənəsi və bayramı günü kimi qeyd olunur.

Məktəbin konfrans zalında Azərbaycan dili müəllimləri Fatma Quliyeva, Gülmirə Məmmədova və musiqi müəllimi Leyla Cumayevanın təşəbbüsü ilə Ana dili gününə həsr olunmuş ədəbi bədii kompozisiya keçirildi.

 Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ardınca 6B sinif şagirdiləri Azərbaycan dilinin əhəmiyyətindən, 21 fevralın Ana dili günü kimi qeyd edilməsindən, inkişaf tarixindən, ümummilli lider Heydər Əliyevin Ana dilinə olan qayğısından danışdılar. Şagirdlərdən Fərhad tarda digər şagirdlərin şeir kompozisiyalarını müşaiət etdi. Sonra isə 5A sinif şagirdləri Ayan və Arif "Arşın mal alan" operasından bir parça səhnəcik nümayiş etdilər. Səhnəcikdən sonra 5B sinif şagirdləri Nuray və Sevil dialektlər ilə bağlı səhnəcik göstərdi, digər şagirdlər isə Ana dili haqqında aforizmlər səsləndirdilər. Daha sonra bütün şagirdlər xorla və 5A sinif şagirdi Arif solo olaraq Ana dilinə həsr olunmuş mahnı ifa etdilər. Həmçinin şagirdlərdən Ayla və Nuray tərəkəmə mahnısına rəqs etdirdilər. Tədbirin yekununda Azərbaycan dili və ədəbiyyat metdobirləşmə sədri İradə Ağayeva və məktəbin direktoru Sevinc xanım çıxış edərək Ana dilini sevməyi, mütaliyənin vacibliyini vurğuladılar, şagirdlərə öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi