"Rəşadətlə yaşayanlar-ölümü fəth edənlər" kitabının müzakirəsi

Şagirdlərdə mütaliyəyə həvəsin artırılması və vətənpərvərlik hissinin aşılanması məqsədilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Quliyeva 8B sinif şagirdləri ilə birlikdə "Rəşadətlə yaşayanlar-ölümü fəth edənlər" adlı kitabın müzakirəsini təşkil etdi.

İlk öncə Qarabağ müharibəsi şəhidlərinin və 6 fevral 2023-cü il tarixində qardaş ölkə Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Müzakirə şagirdlərdən Ülvi, Süheyla, Əfqan, Nailə, Nihad, Əsəd, Aydan, Leyla, Fərəh, Elman, Murad, Tunar, İslam, Hüseynin çıxış edərək kitab haqqında öz təəssüratlarını bölüşməklə başlandı. Şagirdlər kitaba daxil edilən "Şəhidim", "Ölməzliyə qovuşan Cəbrayıl", "Şəhid atası", "Vətən sənə oğul deyib güvənsin", "Şuşa arzusu", "Səninlə fəxr edirəm, ata", "Zabitin arzusu", "Şəhidlər ölmür", "Qorxmaz gizir", "Şəhidlər ölməz, vətən bölünməz", "Nə gözəldir ölmək bizə sevimli vətən" üçün adlı hekayələrdən parçalar söylədilər.

Müəllifi gənc yazarlar olan 25 hekayədən ibarət olan bu kitabla tanış olduqca bir daha əmin olursan ki, şəhidlər ölmür, onlar ölmü fəth edirlər. Onlar vətən deyincə gözləri heç bir şey görməyən, geridə buraxdıqlarını düşünmədən öncə vətən deyən möhtəşəm insanlardır. Belə insanların adını daim yaşatmaq, onların həyatlarından ibrət götürmək və bunları gələcək nəsillərə çatdırmaq hər bir vətəndaşın borcudur. Müzakirə iştirakçıları da məhz bunun üçün çalışdıqlarını bildirdilər.

Müzakirədə həmçinin məktəbin Azərbaycan dili və ədəbiyyat metodbirləşmə sədri İradə Ağayeva, məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva çıxış edərək şagirdlərə təşəkkür etdilər, onlara mütaliənin əhəmiyyətindən danışdılar, tövsiyyələrini bildirdilər.

Sonda şagirdlər musiqi müəllimi Leyla Məmmədovanın hazırladığı "Vətənə layiqsən, əsgər" adlı mahnını ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi