"Ev heyvanları ilə məsuliyyətli davranış"

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən yaradılmış İdea Heyvanlara Qayğı Mərkəzinin əsas missiyası heyvanların rifah və sağlamlığının yaxşılaşdırılması, Bakı və onun ətrafında sahibsiz heyvanların sayının tənzimlənməsi, zoonoz və parazitik infeksiyaların yayılmasının və ətraf mühitə, insanların sağlamlığına zərərli təsirlərin qarşısının alınması, eləcə də heyvanlara qarşı humanist və məsuliyyətli yanaşmanın təşviq edilməsindən ibarətdi. Vəziyyətin orta perspektivdə yaxşılaşdırılmasına nail olmaq üçün heyvanlarla bağlı maarifləndirmə işinin daha da gücləndirilməsi, heyvanların rifahı sahəsində daha geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini, xüsusən də uşaq və yeniyetmələr arasında davranışlara təsir imkanlarının daha da əlverişli olmasını nəzərə alaraq İDEA İctimai Birliyi ilə İDEA Heyvanlara Qayğı Mərkəzi tərəfindən gənc nəslin nümayəndələri üçün məktəbimizdə "Ev heyvanları ilə məsuliyyətli davranış" mövzusunda təqdimat keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi