“Narkomaniya ilə mübarizə” mövzusunda dəyirmi masa keçirildi

16.12.2016-cı il tarixində məktəbimizdə “Narkomaniya ilə mübarizə” mövzusunda tədbir keçirildi. Tədbirdə Nəsimi rayonu Polis İdarəsinin rəis köməkçisi polkovnik-leytenant Vüsal Rüstəmov, 22-ci Polis bölməsinin rəisi polkovnik-leytenant Zaur Əliyev, sahə rəisi polis mayoru Söhbət Namazov və Nəsimi rayonu İcra hakimiyyətinin əməkdaşı Vəfa Həsənbəyli iştirak edirdilər. Məktəbin direktoru Sevinc Budaqova öz çıxışında bu mövzuda söhbətlərin aparılması gənc nəslin tərbiyəsində və inkişaf etdirilməsində çox böyük əhəmiyyəti olduğunu qeyd etdi. Sonra Vüsal Rüstəmov ətraflı olaraq yeniyetmələr arasında bugün sağlam həyat tərzinin aparılması, uşaqlarımızın maarifləndirilməsi haqqında çıxış etdi. Tədbirdə şagirdlərimizi maraqlandıran suallar ətrafında debat aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi