Mütəmadi şəkildə keçirilən qrup məşğələləri davam etdirilir

Diqqət insanın şüuru ilə sıx əlaqədardır. Ona görə ki, o məhz şüuru istiqamətləndirir. Diqqət şüurumuzun müəyyən obyekt üzərinə yönəlməsindən və mərkəzləşməsindən ibarət olan psixi prosesdir. Diqqəti adətən sinir sistemlərinin müxtəlif səviyyələrində yerləşən “süzgəc”ə bənzədirlər və bu funksiyanın əsasən retikulyar formasiyanın – yəni törəməli şaxənin həyata keçirdiyi təsdiq olunmuşdur. Praktik psixoloq Nuranə Məmmədova 4A və 2A sinif şagirdləri ilə konsentrasiyanın yaxşılaşdırılmasına kömək edən inkişaf etdirici oyunlar keçirmişdir.