Şagirdlərlə məntiqi təfəkkürün inkişafına yönəlmiş oyunlar keçirildi

İdrak insana xas olan mühüm keyfiyyətdir. O, ilk növbədə şəxsiyyətin bütün parametrlərini əhatə edir, onun fəaliyyətini tənzimləyir. Şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı çox mühüm amildir. Fəal təlimin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir. Məktəbin psixoloqu Nuranə xanım 6D sinif şagirdləri ilə birlikdə məntiqi təfəkkürün inkişafına yönəlmiş oyunlar və metodikalar keçirdi. Məntiqi təfəkkür həyatın bütün sahələrində insana lazım olan vərdişdir. Məntiq şagirdlərin təfəkkürünü inkişaf etdirməyə, onların düşünmə qabiliyyətlərini və intellektual səviyyələrini yüksəltməyə, bilik, bacarıq və vərdişlərinin daha məzmunlu və ətraflı formalaşmasına xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi