Fikrət Əmirov-100

2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə prezident İlham Əliyev sərəncam imzalayıb. Bu sərəncamı əsas tutaraq məktəbimizin riyaziyyat müəllimi Lamiyə Əfəndiyevanın təşəbbüsü ilə sinif rəhbəri olduğu 7Ç sinif şagirdləri ilə birgə konfrans zalında tədbir keçirildi. Tədbirə Fikrət Əmirovun qızı Xəlilova Afət Fikrət qızı xüsusi qonaq olaraq dəvət olunmuşdu. Afət xanım şagirdlər və tədbirdə iştirak edən müəllim kollektivi ilə atası haqqında səmimi söhbətlər etdi, onun həyat və yaradıcılıq yolunda keçdiyi hamar və nahamar yollar haqqında danışdı, əsərlərinin necə ərsəyə gəldiyi haqqında məlumatlar verdi. Şagirdlər də öz növbələrində Fikrət Əmirov yaradıcılığına baş vuraraq onun bir neçə əsərini xorda ifa etdilər. Sonda Məktəbin direktoru Sevinc Budaqova çıxış edərək Afət xanıma, tədbiri təşkil etdiyinə görə Lamiyə xanıma, çıxışlarına görə şagirdlərə dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi