Bullinq…

Son zamanlar dünyanın bütün ölkələrinin təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərindən biri bullinqdir. Bununla əlaqədar 22 dekabr tarixində məktəbin psixoloqları Məmmədova Nuranə və Həsənəliyeva Səbinə tərəfindən maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə tərbiyə işlər üzrə direktor müavini Aidə Quliyeva, 7A və 7B sinif şagirdləri iştirak edirdi. Giriş sözünü Səbinə xanım açaraq zorakılığın bir növü kimi həmyaşıd uşaqlar arasında baş verən bullinqdən danışaraq müxtəlif situasiyaları uşaqların diqqətinə çatdırdı. Mövzu ilə bağlı Nuranə xanımın hazırladığı slaydlı təqdimata nəzər yetirildi. O bullinqin növlərini, ən çox rastlaşdığımız məqamlar, həmçinin bullinqə məruz qaldıqda nələr edilməli olduğu barədə geniş məlumat verərək uşaqlarla konkret problemli situasiyanı müzakirə etdi. Hər uşaq gec-tez bullinqlə rastlaşır: ya qurban, ya şahid, yada incidən biri kimi. Dəfələrlə bullinqin qurbanı olmuş şagirdlərin həyatlarında xəstəlik və psixoloji problemlərlə üzləşmə ehtimalı daha yüksəkdir. Zorakılıq uşaqlarda bəzi travmalara, uzunmüddətli depressiyaya və hətta intihara belə səbəb ola bilər. Azərbaycanda və digər ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda bullinq və intihar arasında əlaqənin çoxluğu ortaya çıxır. Uşaqlar verbal və psixoloji bullinqi özündə əks etdirən “Mənimlə danış” videoçarxına baxdılar. Video haqqında müxtəlif uşaqlar öz fikirlərini bildirdi. Son olaraq bütün uşaqlar şahidi olduqları, öz başlarına gələn bütün bullinq növlərini fərqləndirməyi artıq bacararaq anonim sorğuda iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi