"Mən Fransanı tanıyıram" adlı dərs təqdimatı keçirilmişdir

14 dekabr tarixində məktəbimizdə "Mən Fransanı tanıyıram" adlı dərs təqdimatı keçirilmişdir. Tədbirdə məktəbin direktoru Sevinc Budaqova, "Vaad L Hatzola-Amerika" yəhudi beynəlxalq humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Şmuel Simantov və həmin təşkilatın sədr müavinin Zamir İsayev, Fransa səfirliyinin mədəniyyət işləri üzrə nümayəndəsi Maurice Rufin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Beynəlxalq layihələr sektorunun aparıcı məsləhətçisi Səbuhi Bayramov iştirak edirdilər. Dərs Azərbaycan Respublikası, Fransa və İsrailin dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Tədbirin tərtibatı "Mən Fransanı tanıyıram" mövzusu ilə tam səslənirdi. Məktəbimizin yəhudi bölməsinin şagirdlərinin ifasında Jak Previn şeirləri səsləndirildi. Eyni zamanda şagirdlərin ifasında skripkada Mirey Matyenin və Co Dassenin mahnıları da səsləndirildi. Fransız yazıçısı Ekzuperinin "Kiçik Şahzadə" əsəri əsasında şagirdlərin hazırladıqları kiçik səhəncik nümayiş etdirildi. Sonda Fransada yaşayan yəhudi xalqının tarixi, mədəniyyəti tanışlıq üçün təqdim edildi. Tədbirin sonunda məktəbin direktoru Sevinc Budaqova, Şmuel Simantov və Fransa səfirliyinin nümayəndəsi çıxış etdilər. Bu multikultralizim ili çəeçivəsində təqdimetmə dərsi idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi