"Təbiəti qoruyaq" adlı tədbir keçirilmişdir

21 dekabr 2022-ci il tarixində 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin "Ailə və ətraf mühit" dərnəyinin üzvlərinin iştirakı ilə məktəbimizdə "Təbiəti qoruyaq" adlı tədbir keçirilmişdir. Dərnək rəhbəri Gülnarə Məmmədova tədbirdə ekoloji biliklərin təbliğatından və təlimdə dram üsullarından istifadə etmişdir. 
 Tədbirin keçirilməsində məqsəd şagirdlərə təbiəti sevərək qorumaq, vətən sərvətlərinin qədrini bilmək və gələcəkdə yeni ixtiralar yaratmağı öyrətməkdir. 
 Tədbirdə mərkəzin Ekologiya, turizm və fiziki tərbiyə şöbəsinin müdiri Fərqanə Məmmədova, məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, uşaq birliyi rəhbəri Süsən Məmmədova, ibtidai sinif müəllimi Afət Əliyeva, 25 nəfər dərnək üzvü və digər şagirdlər iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi