"Peşəkarlıq yolunda" layihəsi çərçivəsində tədbir-test sorğusu keçirilmişdir

Müasir dövrdə texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inkişafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını zərurət kimi qarşıya qoyur. Təhsilalanların peşə və ixtiasalar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə məlumatlandırılması, maraq və qabiliyyətlərinə uyğun müvafiq ixtisas və peşə seçiminə yönəldilməsi, həmçinin müəllim və valideynlərin bu istiqamətdə maarifləndirilməsi məqsədi ilə "Bakı Şəhər Təhsil İdarəsi haqqında" Əsasnamənin 15.6-cı bəndini rəhəbr tutaraq məktəbin psixoloqu Səbinə Həsənəliyeva 8Ç sinf şagirdlərinin iştirakı ilə "Peşəkarlıq yolunda" layihəsi çərçivəsində tədbir-test sorğusu keçirmişdir. Tədbirdə peşə məqsədlərinin formalaşması, şagirdin özünün psixoloji fərdi xüsusiyyətləri əsasında peşə seçimi və seçdiyi peşənin məzmunla uyğunluğu, peşə hazırlığının zəruriliyinin dərk olunması haqqında psixoloji söhbətlər aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi