"Narkomaniyaya yox deyek!" mövzusunda treninq-mühazirə

Dekabrın 20-də məktəbin konfrans zalında "Narkomaniyaya yox deyek!" mövzusunda treninq-mühazirə keçirildi. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, məktəbin psixoloqları Nuranə Məmmədova, Səbinə Həsənəliyeva, 8B sinif şagirdləri və sinif rəhbəri İradə Aslanova iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Nuranə xanım tədbirin keçirilməsinin məqsədi və mahiyyətindən söz açdı. Narkomaniyanın dəhşətli fəsadları, ona qarşı mübarizə, bu bəladan törəyən QİÇS xəstəliyi haqqında geniş məlumat verdi. Tədbirdə 10B sinif şagirdi Fidanın və 7A sinif şagirdi Əbdülqəninin araşdırdığı məlumatlar toplusundan ibarət narkomaniyanın fəsadlarını özündə əks etdirən "Narkomaniya nədir?" adlı çarxlı təqdimat nümayiş edildi. Məktəbin psixoloqu Səbinə xanım qeyd etdi ki, narkomaniyaya qurşananlar təhsilə, işə, ailəyə, dostlarına maraqlarını itirir və cəmiyyətdən təcrid olunurlar. Hər şeyin zərərli vərdişlərdən qaynaqlandığı və bütün mənfiliklərə qarşı mübarizə üsullarından söhbət açıldı. Bundan başqa "Bəla" filmini uşaqlar izləyərək hansı hissləri keçirdikləri haqqında danışdıqdan sonra filmin onlarda hansı təəssüratlar yaratdığı haqqında müzakirələr aparıldı. Sonda İradə xanım və Aidə xanımın məsləhət və tövsiyyələri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi