Metodbirləşmə rəhbərlərinin direktoryanı müşavirəsi keçirildi

14 dekabr tarixində metodbirləşmə rəhbərlərinin direktoryanı müşavirəsi keçirildi. Müşavirədə 24 noyabr tarixində Bakı Şəhəri Təhsil İdarəsi tərəfindən keçirilən 6 və 9-cu siniflərin monitorinq nəticələrinin təhlili müzakirə olundu. Qarşılıqlı dərs dinləmələr, zəif şagirdlərlə aparılan işlər haqqında metodbirləşmə rəhbərlərinin çıxışı dinlənildi. Məktəbin direktoru Sevinc xanım Budaqova çıxış edərək 27 dekabr tarixində şagirdlərin növbəti monitorinqinin keçirilməsi haqqında metodbirləşmə rəhbərlərinə müəyyən tapşırıq və təlimatlar verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi