Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anım günü ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə yad olunur.

Məktəbimizin sagird və müəllim kollektivi ənənəsinə sadiq qalaraq hər il olduğu kimi bu il də ulu öndərin anım gününü konfrans zalında yad etdi. Azərbaycan dövlət himminin səsləndirilməsi ilə başlayan tədbir Ümummilli liderin keçdiyi həyat yolunu nümayiş etdirən videoçarx ilə davam etdirildi. Məktəbin xor kollektivi musiqi müəllimi Leyla Cumayeva və Kəmalə Qədimovanın təşəbbüsü ilə dahi şəxsiyyətə həsr olunmuş mahnılar oxuduqdan sonra, 4A sinif şagirdləri şeirlər səsləndirdilər. Tədbirdə direktor Sevinc Budaqova, direktor müavinləri Aidə Quliyeva, Gülnarə Musayeva, Azərbaycan dili müəllimləri, məktəbin psixoloqu, uşaq birliyi rəhəbəri, fənn müəllimləri iştirak edirdi. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadan, qəlblərdə özünə əbədi məhəbbət qazanan Heydər Əliyevin Azərbaycan tarixindəki rolu hər bir dəqiqəsinə qədər şeirlərdə, mahnılarda, çıxışlarda yad edildi. Tədbirin sonlarına yaxın direktor müavini Aidə Quliyeva çıxış edərək Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qaldığı barədə geniş məlumat verdi. Məktəbin direktoru Sevic xanım isə Heydər Əliyevlə canlı, üzbəüz söhbət etməklərindən, elə bir şəxsiyyətlə ünsiyyət qurmağının necə qürurverici olmasından, bu səbəblə özünü xoşbəxt insanlardan saydığını vurğuladı. Sonda şagirdlərə, onların üzərində əməyi olan müəllimlərə təşəkkürünü bildirdi və ulu öndərin müdrik kəlamı ilə tədbiri yekunlaşdırdı:”Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi