Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022

Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 5-9 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilir.

Ümumilikdə 1300-dən çox iştirakçının qatıldığı festivalda yarışlar 11 kateqoriya üzrə aparılır. Festivalda 7 xarici ölkədən 127 əcnəbi iştirakçı var. Məktəbimizin 6A sinif şagirdi Cavadzadə İsmayıl və 3Ç sinif şagirdi Cavadlı İnci Azərbaycanı təmsil edən iştirakçılar arasındadır. Azərbaycanın komandasına yarışda uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi