Enjoy English Club-in 20 illiyinə həsr olunmuş tədbir və "Smart Children-Unforgetable Teachers"adlı 17-ci konfrans

18.11.2022-ci ildə Bakı Amerika Mərkəzində Azərbaycan Műəllimlər Ictimai Birliyinin nəzdində yaradılmış və ABŞ Təhsilli Azərbaycan Məzunları Ictimai Birliyində fəaliyyət göstərən Enjoy English Club-in 20 illiyinə həsr olunmuş tədbir və "Smart Children-Unforgetable Teachers"adlı 17-ci konfrans  keçirildi. Konfransda Bakı, Göy-Göl, Yevlax, Şəki, Sumqayıt bölgələrindən şagirdlər iştirak edirdi. Tədbirdə məktəbimizin 6b sinif şagirdiləri Sara, Mədinə, 6a sinif şagirdi Bilqeyis, 8a sinif şagirdi Rəvan iştirak etdi.
Bilqeyis "Pros and Cons of Online Education" mövzusunda təqdimat etdi. Tədbirin sonunda  iştirak edən müəllim və şagirdlərə sertifikatlar təqdim edildi.
1a və 2a sinif şagirdləri, eyni zamanda Fun English Clubun üzvləri Enjoy English Clubun űzvlərini təbrik etdi. Bu uşaqlara AMİB-inin sədri Pərvanə xanım kitab hədiyyə etdi.  Şagirdlərin iştirakını təmin etdiklərinə görə məktəbimizin tədris hissə üzrə müavini Gülnarə Ismayılova, Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Quliyeva, ibtidai sinif müəllimləri Elmira Mahmudova və Aytəkin Xudafirimovaya sertifikatlar verildi. Tədbirdə şagirdlərlə birgə iştirakına görə ingilis dilli müəllimi Dilarə Bünyatovaya təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi