Məktəblilərarası voleybol turniri

Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi ilə əlaqədar Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən həyata keçirilən Nəsimi rayonu orta ümumtəhsil məktəblərinin 8-9-cu sinif şagirdləri arasında voleybol turniri start götürdü. Məktəbimizin voleybolu peşəkar və qeyri-peşəkar oynayan qızlarından ibarət komandası 30 noyabr tarixində birinci oyunu 44 nömrəli məktəblə, ikinci oyunu 1 nömrəli məktəblə oynayaraq yarımfinal mərhələsinə vəsiqə qazandılar. Yarışda iştirak edən şagirdləri və onları məşq etdirən müəllimləri təbrik edir, uğurlarının davamını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi