“Ağabəyim Ağa” və “Çaldıran döyüşü” əsərlərinin müzakirəsi

28 noyabr 2022-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnək üzvləri və məktəbimizin 6 aktiv şagirdin iştirakı ilə bədii ədəbiyyata maraq yaratmaq məqsədilə müəllimlər tərəfindən oxumaq üçün tövsiyyə olunmuş tarixi kitabların müzakirəsi keçirilib. Tədbirin keçirilməsində məqsəd uşaqlarda mütaliə həvəsi yaratmaq, zərərli vərdişlərdən uzaq olmaq üçün kitablara sevgilərini artırmaq, tariximizi ədəbi dildə uşaqlara çatdırmaq idi.

Dərnək üzvləri kiçik yaş qrupu üzrə Sevinc Nuruqızının “Ağabəyim Ağa” əsərini, orta yaş qrupu üzrə isə Fərman Kərimzadənin “Çaldıran döyüşü” əsərini oxumuşdular. Əsərlərin müzakirəsi zamanı uşaqlar həm müəllimlərin, həm də digər uşaqların fikirlərinə qulaq asdılar və bir-birilərinə kitab ətrafında maraqlı suallar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi