Con Qrinin "Eyni ulduzun altında" kitabı müzakirə olundu

Hazel xərçəng xəstəliyindən əziyyət çəkir. Baxmayaraq ki, xəstəlik nisbətən səngiyib, qız heç bir xoşbəxtlik hiss etmir. O, bir dəstək qrupuna getməyə başlayır, hansı ki, orada Aqustus Uterlə tanış olur və ilk baxışdan ona aşiq olur. Bundan sonra Aqustus və Hazel səyahətə yollanırlar. Hansı ki, onlar bir daha əmin olurlar ki, həyatın mənasını dünyanın hər küncündə tapa bilərlər. Dekabr ayının 6-da məktəbimizin 8b sinif şagirdləri Con Qrinin "Eyni ulduzun altında" kitabının müzakirəsini təşkil etdilər. Konfrans zalında baş tutan kiçik tədbirdə məktəbin digər sinif şagirdləri, valideyn icmasının sədri, valideynlər, digər fənn müəllimləri və məktəbin müdriyyəti iştirak edirdilər. Şagirdlər mövzuya uyğun olaraq rəsmlər çəkərək, slaydlar hazırlayaraq, səhnəciklər göstərərək kitabın məzmununu tədbir iştirakçılarına nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi