Erkən nigah və qohumlar arasında nigah hallarının qarşısının alınması

Erkən nigah və qohumlar arasında nigah hallarının qarşısının alınması məqsədi ilə konfrans zalında məktəbin psixoloqu Nuranə Məmmədova və tərbiyə işləri üzrə direktor müavini Aide Quliyevanın təşəbbüsü sayəsində 10-cu sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilmişdir. Çıxış edən Nuranə xanım bu mövzunun səbəblərini, fəsadlarını və erkən nigahın qarşısının alınması üçün hansı maarifləndirmə işlərinin görülməsinin zəruriliyi haqqında debat keçirdi. Tədbirdə psixoloq və direktor müavini ilə yanaşı məktəbin şagirdləri də öncədən hazırladıqları çıxışları nümayiş etdirərək erkən və qohumlar arasında nigah hallarının baş verməsindən təssüüfləndiklərini dilə gətirdilər. 10A sinif şagirdi Gülər, 10Ç sinif şagirdi Mirceyran, 10C sinif şagirdi Abgülün də bu mövzu haqqında geniş müzakirəvi fikirləri var idi. Tədbir sonda mövzuya uyğun hazırlanmış videotəqdimatın nümayişi ilə başa çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi