“Məktəbdə...”

Bu gün 1993-cü ildə məzun olan, Asan Radionun direktoru, jurnalist, radio və televiziya aparıcısı Emin Musavi məktəbimizin qonağı olub. Emin Musavinin məktəbimizdə olma səbəbi “Məktəbdə...” layihəsinin növbəti buraxılışı olub. Layihə Bakı Səhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılıb, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilir. Qonağı ilk öncə məktəbin direktoru Sevinc Budaqova qarşılayaraq konfrans zalda keçirilən tədbirdə şagird və müəllim kollektivinə təqdim etdi. Şagirdlərlə interaktiv şəkildə keçən görüşdə Emin Musavi məktəb illəri, sevimli müəllimləri ilə bağlı xatirələrindən, məktəb həyatında yadda qalan hadisələrdən söz açıb. Qonaq hər peşədə, sənətdə fərqlənməyi bacarmaq üçün təşəbbüskarlıq göstərməyin vacibliyindən, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillərdən, mütaliənin üstünlüklərindən, informasiyanın insan həyatındakı rolundan, öyrədici informasiyanı seçmək bacarığından danışıb, şagirdləri düşündürən suallara aydınlıq gətirib. Məktəblilərlə görüş Baku Tv onlayn televiziyası və AzEdu Təhsil Portalı tərəfindən də işıqlandırılıb. Qonaq qismində həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Xuraman Süleymanova, Kaspi qəzetinin müxbiri Təranə Məhərrəmova da iştirak edirdi. Qonaq sonda məzunu olduğu məktəblə yaxından tanış olub, ona dərs deyən müəllimləri ilə görüşüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi