Azərbaycanlı kanadalılar şəbəkəsinin təşkilatçılığı ilə məktəbimizə bir neçə qonaq təşrif buyurmuşdu

Azərbaycanlı kanadalılar şəbəkəsinin təşkilatçılığı ilə məktəbimizə bir neçə qonaq təşrif buyurmuşdu. Birləşmiş Grassroots hərəkatının yazıçısı, sərbəst köməkçisi və sədri Dave Gordon, National Pastda köməkçi, Vaşinqton imtahançısı Adam Zivo, Kanadalı, İsrailli nümayəndə (influencer)  Shai Deluca, Böyük yazıçı, redaktor-Holokaust tədqiqatları üzrə Simon Wiesenthal mərkəzinin dostu Robert Sarner, Windsor Yəhudi Federasiyası və İcma Mərkəzinin icraçı direktoru Dan Brotman, bir çox mükafata layiq görülmüş jurnalist, şərhçi, icma təşkilatçısı və məsləhətçisi, yəhudi müstəqil qəzetinin redaksiya heyətinin üzvü Tomson, Azərbaycanlı Yəhudi Birləşmiş Greenroots hərəkatının təsisçisi və nümayəndəsi (influencer) Esmeralda Danilova, Azərbaycanlı kanadalılar şəbəkəsinin icraçı direktoru Nigar Jabiyeva, Bakı Şəhəri Təhsil İdarəsinin inkişaf layihələr bölməsinin müdiri Günay Qurbanova,  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məktəbəqədər təhsilin təşkili və idarə olunması bölməsinin məsləhətçisi Teymur Şirinov qonaqlar arasında idi. Tolerantlığın bariz nümunəsi kimi yəhudi şagirdlərin təhsil aldığı siniflərin təhsili, məktəblə, məktəbdə olan sərgilərlə, əl işləri ilə, məktəbin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi daşıyan ziyarətdə qonaqlara maraqlı olan bütün sualları məktəbin direktoru Sevinc xanım Budaqova cavablandırdı. Sevinc xanımla yanaşı Azərbaycanda Yəhudi təşkilatının direktoru Vaad Leatsola, yəhudi siniflərinin kordinatoru Zamir İsayev də qonaqları qarşılayanlar arasında idi. Zamir İsayev qonaqlara yəhudi sininfərinin təşkilində Elm və Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin qayğısını, diqqətini xüsusi ilə qeyd etmiş, bu ildən etibarən İsrail xalqının tarixi, mədəniyyətinin əsasları fənnlərinin keçirilməsi, o cümlədən bütün siniflərdə Azərbaycan, fransız, ingilis, ibri dillərinin tədrisi barədə məlumat verdi. Azərbaycanda, məktəbimizdə olmaqdan məmnun qalan qonaqlar xatirə şəkilləri çəkdirərək təşəkkürlərini, xoş təsüratlarını öz sosial şəbəkələrində paylaşaraq bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi