“Bəla” filminin nümayişi

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə uşaq və yeniyetmələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə həkim narkoloq Asif Kəngərlinin “Bəla” pyesi əsasında çəkilmiş “Bəla” filmi 1 nömrəli Uşaq-Gənclər inkişaf mərkəzində nümayiş olundu. Məktəbimizin aktiv şagirdlərindən ibarət bir qrupu filmə baxmaq, onun yaradıcı və aktyor heyəti ilə yaxından tanış olmaq məqsədi ilə mərkəzə getmişdilər. Şagirdlərdə film barədə yaranan bütün sualları müəllif Asif Kəngərli və rejissor İntiqam Soltanov böyük məmnuniyyət hissi ilə cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi