Milli Dirçəliş Günü

1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənizmin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 
Rus dili və ədəbiyyatı müəllimi Nigar Atayeva sinif rəhbəri olduğu 6D sinfində dərsini Milli Dirçəliş Gününə həsr etdi. Əyani vəsaitlər, slaydlar, təqdimatlar hesabına şagirdlərə 1988-ci il noyabr-dekabr ayında xalqın necə ayağa qalxdığı, necə qorxmadan mübarizə apardığı barədə məlumatlar verdi. Şagirdlər də öz növbəsində təqdimatlar hazırlamış, şeirlər söyləmiş və rəsmlər çəkmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi