Mütaliə haqqında dəyirmi masa keçirildi

Bizim uşaqlar məktəb proqramında tədris olunan materiallardan başqa nəsə oxuyurlarmı? Müasir gənclərin əksəriyyəti daha çox televizor və kompyuter qarşısında əyləşməyə üstünlük verirlər. Əlbəttə "World Wide Web" -də uşaqlar maraq dairələrində olan şeyləri daha tez tapırlar. Bəs yetkinlik yaşına çatan uşaqların bilik bazası nədən ibarət olacaq. Razılaşın ki, kompyuter oyunlarında keçdiyiniz mərhələlər çətin ki, real həyatınızda sizə lazım olsun. Lakin oxu intellektin daim təkmilləşdirilməsinə, inkişafına müsbət təsir göstərir. Oxumaq kimi yaxşı vərdiş bəşəri mənəvi dəyərlərin, yaxşını pisdən ayırmaq bacarığının formalaşmasına, həmçinin sevgi, mərhəmət, şəfqət kimi hisslərin yaranmasına köməklik edir. Bu gün bizim şagirdlər Джуди Блум "Суперфадж" əsərini oxuduqdan sonra yaranan fikirlərini dəyirmi masa ətrafında müzakirə etdilər. Hansı ki, əsərdə on iki yaşlı oğlanın ailə, məktəb, dost həyatı haqqında danışılır. Bizim 7-ci sinif şagirdlərimiz kimi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi