"Heydər Əliyev Mərkəzi"nə ekskursiya təşkil olundu

Uşaqları niyə muzeyə aparmaq lazımdır? Axı indiki uşaqlar sabit şəkilləri pis qəbul edirlər. Onlar cizgi filmlərinə, kliplərə, ekranlara öyrəniblər. Doğrudanmı onları nə isə üçün muzeyə aparmaq lazımdır?. Bəli, bu lazımdır. Əsasən hiperaktiv uşaqlar üçün bu dəyişən dünyada bu sabitlik lazımdır. Onlara xalqımızın tarixini, gğzəlliklərini görmək zəruridir. Yaddaş olmadan- ənənə olmaz. Ənənə olmadan- mədəniyyət olmaz. Mədəniyyət olmadan- tərbiyə olmaz. Tərbiyə olmadan- mənəviyyat olmaz. Mənəviyyat olmadan - şəxsiyyət olmaz. Noyabr ayının 27-si məkəbimizin 7-ci sinif şagirdləri sinif rəhbərləri Güllü Əhmədova ilə birlikdə "Heydər Əliyev Mərkəzi"ndə olmuş, orada danışılan mövzuları diqqətlə dinləmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi